Türkiyənin Ali Təhsil Şurasının sədri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Quba, 28 oktyabr, E.Yusifli, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətçilər 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, kompleksin muzeyi ilə tanış olublar.
Qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan cinayət əməlləri - soyqırımı haqqında ətraflı məlumat verilib. Ziyarətçilərə soyqırımı hadisələrindən bəhs edən kitablar, bukletlər, eləcə də kompleksin 10 illik fəaliyyətinə həsr olunmuş kitabça təqdim edilib.