TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olmuşdur.
Qonağı səmimiyyətlə salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulamış və demişdir ki, Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
F.Abdullayev respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu nəticələrini diqqətə çatdıraraq, bu işin Konstitusiya Məhkəməsinin strukturunda və fəaliyyətində də əksini tapdığını söyləmişdir.
Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin Konstitusiya Məhkəməsi arasında ikitərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladan Fərhad Abdullayev həmin sənədin dost, qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyinə sübut olduğunu bildirmişdir.
Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini söyləmişdir.
Mehmet Əli Şahin sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatlarının məhkəmə hakimiyyətinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə xidmət etdiyini vurğulamış, bu sahədə Azərbaycanın atdığı addımların böyük maraq doğurduğunu bildirmişdir.
Türkiyənin ədliyyə naziri Konstitusiya Məhkəməsinin iş şəraiti ilə tanış olmuş, iclas zallarına baxmışdır. Qonağa xatirə hədiyyəsi verilmişdir.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]