TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLƏCƏKDİR
Türkiyənin əmək və sosial müdafiə naziri Murat Başesgioğlu mayın 6-8-də Bakıda səfərdə olacaqdır.
Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz AZƏRTAC-ın müxbirinə demişdir ki, nazirin səfərindən məqsəd ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, əhalinin sosial müdafiəsi, təminatı sahəsində əməkdaşlıq barədə məsləhətləşmələr aparmaq, qarşılıqlı təcrübə mübadiləsi barədə tədbirləri müəyyənləşdirməkdir.
Murat Başesgioğlunun Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]