TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ NAZİRİ MURAT BAŞESGİOĞLU DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA OLMUŞDUR
Türkiyəli nazir əvvəlcə fondun arxivi və mərkəzləşmiş kompyuter sisteminin iş prinsipi ilə tanış olmuş, işcilərə yaradılan şəraitlə maraqlanmışdır.
Sonra ikitərəfli görüş keçirilmişdir.
DSMF-nin sədri Səlim Müslümov Azərbaycanda pensiya təminatı sistemində aparılan islahatlardan danışmış, yeni tətbiq olunmuş fərdi uçot sisteminin mahiyyəti barədə məlumat vermişdir.
Fondun sədri ikitərəfli münasibətlərə toxunaraq qeyd etmişdir ki, iki qardaş ölkə, bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də sıx əməkdaşlıq edir və bu əlaqələr gündən-günə genişlənir.
Fondda gördüklərindən məmnunluqla danışan nazir Murat Beşesgioğlu, DSMF-nin maddi-texniki bazasının dünya standartlarına cavab verdiyini bildirmişdir. O vurğulamışdır ki, Sosial Müdafiə Fondu Türkiyədəki müvafiq qurumla sıx əməkdaşlıq edir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]
Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
- 16.10.2026 [13:19]