Türkiyənin neft emalı zavodunda partlayış baş verib
İstanbul, 30 yanvar, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətində yerləşən "Türkiye Petrol Rafinerileri A.Ş" (TÜPRAŞ) İzmit neft emalı zavodunda partlayış baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.
AZƏRTAC xəbər verir ki, məlumatda partlayışın benzin çənində baş verdiyi, yanğının nəzarət altına alındığı, soyutma işlərinin isə davam etdiyi qeyd edilir.
TÜPRAŞ-ın hadisə ilə bağlı açıqlamasında bildirilib ki, yanvarın 29-u saat 21:30 radələrində İzmit Neft Emalı Zavodunun çən sahəsində baş verən alovlanma texniki təhlükəsizlik qrupları tərəfindən qısa müddətdə nəzarət altına alınıb.
Hadisə nəticəsində heç bir əməkdaş zərər görməyib. Əməliyyatlar normal qaydada davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]