Türkiyənin onlarla vilayətində qar və güclü külək səbəbindən sarı hava xəbərdarlığı verilib
Ankara, 27 fevral, AZƏRTAC
Türkiyənin onlarla vilayətində qar və güclü külək səbəbindən sarı hava xəbərdarlığı verilib.
AZƏRTAC xəbər verir ki, yüzlərlə şəhər və kəndə gediş-gəliş dayandırılıb. Qara dəniz bölgəsində və Anadolunun mərkəzi hissəsinin bir neçə bölgəsində uçqun ehtimalı var.
Bundan başqa, 23 vilayətdə məktəblər birgünlük bağlanıb. Bəzi ərazilərdə küləyin sürəti saatda 40-70 kilometrə çata bilər.
Türkiyə Meteorologiya Baş İdarəsi yol-nəqliyyat hadisələrinin yüksək riski səbəbindən vətəndaşları mümkün olduqca şəxsi avtomobildən istifadə etməkdən çəkinməyə çağırıb.
Meteoroloqların məlumatına görə, ölkədə əlverişsiz hava şəraiti üç gün davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]