Türkiyəyə qardaş köməyi: Tərtərlilər də humanitar kampaniyaya qoşulublar
Tərtər, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Tərtər rayonu da qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərtərlilər - ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, sadə vətəndaşlar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigiyenik vasitələr və ərzaq yardımları toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola salınıb.