Türkiyəyə vaksinasiya olunanların sayı iki milyonu keçib
İstanbul, 1 fevral, AZƏRTAC
Türkiyədə ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə COVID-19-a qarşı başlanan vaksinasiya prosesi müəyyən qruplar üzrə davam etdirilir. Yanvarın 14-dən bu günədək ölkə ərazisində vaksinasiya olunanların sayı iki milyonu keçib.
AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə yaşı 75-dən yuxarı olanların peyvəndlənməsi davam edir. Vaksin 28 gün ara ilə iki doza olaraq vurulur.
Qeyd edək ki, Türkiyədə Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanan “CoronaVAC” vaksini tətbiq edilir. Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şura peyvəndin təsir nisbətinin 91,25 faiz olduğunu açıqlayıb.
Xatırladaq ki, yanvarın 13-dən indiyədək Çindən Türkiyəyə mərhələli şəkildə ümumilikdə 13 milyon doza vaksin gətirilib. İki ölkə arasında əldə edilən razılaşmaya əsasən, bu ilin sonunadək Çindən Türkiyəyə ümumilikdə 50 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]