Türkiyəyə yardım aksiyasına Göyçay rayonu da qoşulub
Bakı, 9 fevral, AZƏRTAC
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına ölkəmizin digər bölgələri kimi, Göyçay rayonu da qoşulub.
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən 250 ədəd yataq dəsti, 100 ədəd qızdırıcı avadanlıq və 20 ədəd generator Türkiyəyə göndərilməsi üçün Bakı şəhərinə yola salınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb.