Türkmənistanda beynəlxalq tədbirlərin keçirilməsinə hazırlıq məsələləri müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında beynəlxalq tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.
AZƏRTAC TNP informasiya portalına istinadla xəbər verir ki, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova “Avaza” Milli Turizm Zonasında qadın dialoqu, universal səhiyyə və demoqrafik proseslərə həsr olunmuş son genişmiqyaslı beynəlxalq forumların nəticələri barədə məlumat verib.
İclasda milli valyuta olan manatın tətbiqinin 33-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransa hazırlıq işləri, həmçinin XXXI Beynəlxalq “Türkmənistan Neft-Qaz – 2026” konfransı və sərgisinin keçirilməsi planları barədə məlumat verilib.
Baş nazirin müavini və xarici işlər naziri Rəşid Meredov Mərkəzi Asiya ölkələri və ABŞ arasında Səmərqənddə keçirilməsi planlaşdırılan “C5+1” formatında növbəti nazirlər görüşünə hazırlıq barədə məlumat verərək çoxtərəfli tərəfdaşlığın əhəmiyyətini və birgə bəyannamənin qəbul edilməsinin planlaşdırıldığını qeyd edib.
Türkmənistanda, həmçinin elm-təhsil, texnologiya sahələrində də beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [13:49]
Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb
- 27.10.2026 [13:24]
Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb
- 27.10.2026 [13:20]
Dunay çayı kanalizasiya suları ilə çirklənib
- 27.10.2026 [13:17]
İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib
- 27.10.2026 [13:05]