Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir – məqalə

TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir –  məqalə

Bakı, 7 aprel, AZƏRTAC

“Türk adı Tanrı tərəfindən verildi, gənclik, qüvvət, qüdrət anlamına gəlir”. M.Kaşğari.“Divani-Lüğat- it-Türk”

“Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır!
Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik, bu, bizim üçün prioritetdir”.
       İlham Əliyev
        Azərbaycan Respublikasının Prezidenti

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Onlardan beşi türk dövləti idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat ətrafında birləşməyi labüd edirdi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdü. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmiş, nəhayət, 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetindən filologiya elmləri doktoru, professor Yeganə İsmayılovanın “TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlirdi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və hətta dinləri eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan Respublikaları, Qaqauziya (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən müşahidəçi qismində iştirak edir. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.

TÜRKSOY təşkilatının əsas məramı:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələri inkişaf etdirmək;

– Türk mədəniyyəti nümunələrini araşdırmaq, öyrənmək, qorumaq və dünyaya çatdırmaq;

– Türk xalqlarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqləri aradan qaldırmaq;

– Türk mədəniyyətinin müştərək olduğunu sübuta yetirmək;

– Türk mədəniyyətini digər mədəniyyətlərin zərərli təsirindən qurtarmaq və onu öz keçmişinə qaytarmaq;

– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətləri və toplumları arasında əlifba və dili saxlamaq;

– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətini digər yerlərdə də yaymaq;

– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaratmaq;

– Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərini, mütəfəkkir, şair və yazıçılarının, habelə dövlət xadimlərini bütün dünyaya tanıtdırmaq və s.

Bu məqsədlərə nail olmaq üçün TÜRKSOY aşağıda qeyd edilən tədbirləri həyata keçirir:

– Mədəniyyət və incəsənət sahəsində türk xalqları arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;

– Türk xalqlarının ümumi mənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;

– Türk dövlətlərinin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayan radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;

– Teatr, musiqi, opera və balet sənəti sahələrində festival və müsabiqələr təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;

– Türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;

– Dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;

– Ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;

– TÜRKSOY-un məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar, diskussiyalar və s. keçirir;

– Mədəniyyət, incəsənət, təhsil və başqa sahələrdə müxtəlif beynəlxalq və milli təşkilatlarla ictimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçirilməsində onlarla əməkdaşlıq edir.

TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimiz bütün rəngləri ilə dünyada təmsil və təbliğ edilir. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltaraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-biri ilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm təşkilata üzv ölkələrdə, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında Türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən başlayaraq hər ili Türk dünyasını bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirilir: 2012-ci il “Mirzə Fətəli Axundzadə ili” və 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub. 2012-ci ildən etibarən Türk dünyasının önəmli tarixi və mədəni şəhərləri Türk dünyasının mədəniyyət paytaxtı elan edilir. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayır. 2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu, eyni zamanda, Azərbaycanda “Multikulturalizm İli”nə gözəl töhfə idi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub. TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev ili” elan edilib. Həmin il fevralın 14-də Ankarada TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilib.

TÜRKSOY türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanıtmaq məqsədilə böyük işlər görür, 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atır. TÜRKSOY-un məqsədi türk dövlətlərində mövcud olan zəngin ədəbi və fikri mirası hər yaşda olan oxucu ilə tanış edərək ortaq mədəni gələcək yaratmaqdır. Türk dövlətlərində yetişmiş çağdaş yazar və şairlər əsərlərində müxtəlif mövzularla müştərək mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Çağdaş dünyamızda mədəniyyət böyük əhəmiyyət kəsb edir. Dahi Hüseyn Cavidin sözləri ilə desək:

“Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Qədim türklərin türklük təəssübü, türkçülük ideyası beş ortaq abidəmizdə: Orxon yazılarında, “Kitabi-Dədə Qorqud”da, “Divanü lüğat-it-türk”də, Yusif Balasaqunlunun “Qutadqu-bilik” poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz əksini tapıb. Bir hədisdə deyilir: “Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm”. Biz belə düşünürük ki, bu hədis İslamdan öncə türklərin Atillanın Roma imperiyasına yürüşləri ilə əlaqədar yaranmışdır.

TÜRKSOY qədim türklərin dünya mədəniyyətinə verdiyi böyük işləri Türk dünyasına tanıdır. Bu mənada “Ortaq türk tarixi” kitabı çox böyük layihələrdən biridir. Türk xalqlarının Dədə Qorqudun nəsihətlərinə, Mövlanənin fəlsəfəsinə, Yunus Əmrənin düşüncələrinə ehtiyacı var.

TÜRKSOY türk xalqlarının qardaşlığını, dil birliyinin, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli missiya daşıyır. Bu təşkilat türkdilli xalqlar arasında güclü bağlar qurur. Böyük şəxsiyyət İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” fikri bu gün Türk dünyasının UNESCO-su TÜRKSOY tərəfindən həyata keçirilir.

Ədəbiyyat, sənət, mədəniyyət sahələrində bir çox fəaliyyətlərə imza atan, tarixdə iz buraxan böyük şəxsiyyətlərin dəyərli əsərlərinin tanınmasında, mədəniyyətimizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıdılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY-un əvəzsiz xidmətləri var.

“Şərq bazarı musiqi festivalı”nda Yakutiyadan tutmuş Avropaya qədər bütün türk xalqlarının iştirakı, TÜKKSOY üzvü olan dövlətlərin 6 opera teatrını bir araya gətirmək və dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasını türk mədəniyyətinin əvəzsiz əsəri kimi dünyaya tanıtmaq TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilib. 2013-cü ildə Üzeyir bəyin məşhur “Arşın mal alan” operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan tərəfinin əməkdaşlığı çərçivəsində operettanın konsert versiyası UNESCO səhnəsində göstərilib. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer alıblar.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verən ölkədir: “İslam Həmrəyliyi İli”, Bakı Beynəlxalq Kitab Sərgisi TÜRKSOY-un iştirakı və dəstəyi ilə yüksək səviyyədə keçirilib. “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitabı nəşr olunub. Fikrimcə, bu kitab Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir.

TÜRKSOY hər il Türkiyədə Novruz şənlikləri keçirir. Bu proqramlara Türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı UNESCO-nun Qeyri-Maddi İrs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə UNESCO-nun mənzil-qərargahında və Strasburqda konsertlər verilib, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 Mart - Beynəlxalq Novruz Günü elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertləri keçirilib.

“Dədə Qorqud”un 1300 illik, “Manas”ın 1000 illik, Əmir Teymurun 660 illik, Məhəmməd Füzulinin 500 illik, Qazax şairi və filosofu Abayın 150 illik yubiley tədbirləri TÜRKSOY çərçivəsində keçirilən tədbirlərdəndir. 2018-ci ildə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.

2017-ci ilin dekabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY-un kafedrası açılıb. Tədbirdə ADPU ilə TÜRKSOY, eləcə də bu quruma üzv ölkələr arasında elmi–mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar, təhsil sahəsində ortaq layihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq aparmaq haqda protokol da imzalanıb. Mərasimdə bir sıra alimlərə Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunub.

Bu gün TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın ən yaxın dostlarındandır. Ötən il Bakıda onun “Daşqın” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın 2024-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Türk xalqları üzərinə bilgi kitabı”nın (3 dildə - türk, rus, ingilis dillərində) Bakıda təqdimatı keçirilib.

Professor Yeganə İsmayılova “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə bağlı araşdırmalar aparıb, 12 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır VİDEO

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır VİDEO

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb