“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar
Bakı, 26 avqust, AZƏRTAC
İlk matçda kifayət qədər yaxşı işlər gördük, lakin ən yüksək səviyyəmizdə deyildik. “Qarabağ” kimi komandaya qalib gəlmək üçün isə heyətdəki hər bir futbolçu özünün ən yaxşı oyununu nümayiş etdirməlidir. Əsas hədəfimiz də məhz budur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın “Tvente” komandasının baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis komandasının qarşıdakı matça tam hazır olduğunu bildirib: “Təhlillərimizi aparmışıq. Hər birimiz yaxşı nəticəyə ümid edirik. Artıq heç bir bəhanəyə yer yoxdur, hər şey sabahkı görüşdə bəlli olacaq”.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]