Ucarda vətəndaşların dini məsələlərlə bağlı müraciətlərinə baxılacaq
Bakı, 15 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 19-da Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 153) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan qurumun Göyçay bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (02021) 3-05-78, (050) 899 88 54, [email protected], [email protected]) xahiş edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]