Üçqat dünya çempionu: Medalımı Azərbaycan hərbçilərinə həsr edirəm
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanın bütün idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhyəddin Allahverdiyev 1980-ci illərdə - SSRİ dövründə 3 dəfə dünya çempionu olmuşdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bu il çox məşq etdiyini və əziyyət çəkdiyini bildirib: "Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasa da, yenə də bacardım. Rəbbim bu qələbəni mənə nəsib etdi. Dördüncü dəfə dünya çempionu olmağa çalışacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]