UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, ikinci turun ilk oyun günündə səkkiz qarşılaşma keçirilib. Dörd qrup üzrə görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
E qrupu
“Monako” (Fransa) - “Bayer” (Almaniya) - 1:1.
MOİK (Rusiya) - “Tottenhem” (İngiltərə) - 0:1.
F qrupu
“Borussiya” (Dortmund) - “Real” (Madrid) - 2:2.
“Sportinq” (Portuqaliya) - “Legiya” (Polşa) - 2:0
G qrupu
“Kopenhagen” (Danimarka) - “Brügge” (Belçika) - 4:0
“Lester” (İngiltərə) - “Porto” (Portuqaliya) - 1:0
H qrupu
“Sevilya” (İspaniya) - “Lion” (Fransa) - 1:0
“Dinamo” (Xorvatiya) - “Yuventus” (İtaliya) - 0:4
Turun digər oyunları sentyabrın 28-də keçiriləcək.