UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Nyon, 17 mart, AZƏRTAC
Martın 17-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşk səkkizdəbir final mərhələsində qalib gələn “Atletiko Madrid”, “Barselona”, “Real Madrid”, “Bavariya”, “Borussiya Dortmund”, “Lester Siti”, “Monako“ və “Yuventus” komandaları arasında atılıb.
Püşkün nəticələrinə əsasən, azarkeşlər iki erkən final oyunu izləyə biləcəklər. Belə ki, “Real Madrid” klubu Münxenin “Bavariya” komandasına rəqib olub. “Barselona” isə “Yuventus” ilə qarşılaşacaq. Bundan başqa, “Atletiko Madrid” klubu “Lester Siti”, Dordmundun “Borussiya” komandası isə “Monako” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyunları aprelin 11-də və 12-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Çempionlar Liqasının final matçı iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Nyon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]