UEFA Superliqa ilə bağlı Aİ məhkəməsinə müraciət edib
Bakı, 28 dekabr, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Superliqanın yaradılması haqqında press-relizin məzmununu dəyişdirmək xahişi ilə Avropa Məhkəməsinə müraciət edib. Bu barədə “The Times” qəzetinin məlumatında deyilir.
AZƏRTAC xəbər verir ki, mənbənin məlumatına görə, UEFA press-relizin qeyri-dəqiq və məhkəmənin qərarına zidd olduğuna, nəticədə Superliqanın yaradılmasının tərəfdaşlarının onu öz qələbəsi kimi təfsir etdiklərinə görə sənədə dəyişikliklər edilməsini xahiş edir.
Dekabrın 21-də Avropa Məhkəməsi təsdiq edib ki, Avropa Futbol Assosiasiyaları İttifaqı və Beynəlxalq Futbol Federasiyasının Superliqanın yaradılmasının bloklanmasına dair hərəkətləri rəqabət haqqında qanunu pozub.
Həmin gün sponsor kimi çıxış edən və turnirin yaradılmasında köməklik edən A22 şirkəti turnirin layihəsini təqdim edib: Superliqada hər il 64 klubun iştirakı nəzərdə tutulur, onlar üç diviziona bölünəcək - Qərb (ali) və Qızıl (ikinci ən güclü) divizionlarında 16 komanda, Göy divizionunda (üçüncü ən güclü) - 32 komanda olacaq. Qadınlar arasında Superliqa iki diviziondan ibarət olacaq. Hər divizionun qalibləri pley-off matçının nəticələrinə görə müəyyən olunacaq.
2021-ci ildə Avropanın 12 böyük klubu Superliqanın təsisçiləri qismində çıxış edib, lakin UEFA, azarkeşlər və siyasətçilərin təzyiqi nəticəsində bir neçə gündən sonra layihənin bağlanması barədə qərar qəbul olunub. İndi Superliqanın yaradılmasının tərəfdaşlarından cəmi iki Madrid top-klubu qalır - “Real” və “Barselona”, İtaliyanın “Napoli” klubunun Superliqaya daxil olmağa hazır olması haqqında da məlumat var. Bununla belə, bir sıra aparıcı Avropa klubları yeni turnirdə iştirak etməkdən imtina ediblər, onların arasında İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Bavariya” və Dortmund “Borussiya”sı, Fransanın “PSJ”, "Monako”, İspaniyanın "Atletiko", "Sevilya", "Valensiya", "Real Sosyedad", İtaliyanın "İnter” klubları var.