Uğura doğru 3 addım: biznes, startap, karyera
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi müasir dövrdə tələbələrə aktual sahələrdə biliklər verilməsi və onların sahə seçiminə qərar verməsinə kömək etməkdir.
Layihənin ilk həftəsi karyera istiqamətində keçirilib. Tələbələr “Azərbaycanda karyera qurmaq imkanları”, “Karyera deyəndə nəyi bilmirik?”, “Niyə iş tapmaq olmur?” və digər mövzularda məlumatlandırılıb, sualları cavablandırıb, onlara tövsiyə və məsləhətlər verilib.
Proqramın çətin və yorucu olduğu nəzərə alınaraq layihə üç həftəyə bölünüb. Həftədə 2 saat tələbələrə biznes, startap-ideya, karyera mövzusunda təlim və seminarların keçirilməsi nəzərdə tutulub.
Layihənin növbəti həftələrində “Startap, təşəbbüskarlıq, ideya”, “Biznes qurarkən nələrə diqqət olunmur?”, “CEO-ların fikri əsasında biznes qurmaq olarmı?” və digər mövzularda seminar və təlimlər keçiriləcək.