Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

Tarixdə xoş təsadüflərə rast gəlinir. Ancaq hər bir təsadüfün də arxasında bir zərurət vardır. Heydər Əliyevin doğum günü ilə onun adını daşıyan Fondun yubileyinin eyni günə təsadüf etməsi də bir tarixi zərurətdir. Həmin gün müəyyən mənada ikiqat əlamətdar sayıla bilər. Həm Ulu Öndərin əziz xatirəsi bir daha yad edilib, fəaliyyəti haqqında geniş danışılıb, dövlət quruculuğu kursunun müxtəlif aspektləri bir daha təhlil edilib, həm də Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti barədə söhbət açılıb. Hər iki əlamətdar hadisə münasibətilə təşkil edilən rəsmi mərasimdə Prezident İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək, maraqlı tezislər ifadə edib. Bu iki hadisəyə dövlət başçısının nitqində yer almış fikirlərin işığında təhlili nəzər salmağa ciddi ehtiyac vardır. Həmin məsələ üzərində bir qədər geniş dayanmaq istərdik.

Ümummilli Lider: milli dəyərlərə və dövlətçiliyə sadiqlik nümunəsi

May ayının 10-u Azərbaycan üçün əlamətdar olan iki hadisə ilə yadda qaldı. Həmin gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi bir yerdə təntənəli mərasim vasitəsilə qeyd edildi. Bu iki əhəmiyyətli hadisənin eyni günə təsadüf etməsi həm tarixi məqamdır, həm də burada bir daxili məntiq vardır. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond Heydər Əliyevin adını daşıyır.

Ulu Öndər Azərbaycan üçün olduqca böyük işlər görüb. Heydər Əliyev Fondu da həmin ruhda Ümummilli Liderin işlərini davam etdirərək, müstəqil dövlətçiliyimizə ciddi töhfələr verir. 15 ildir ki, Azərbaycan xalqı ilə bərabər bütün dünya bunun şahididir. Çünki Heydər Əliyev Fondu dünyanın hər guşəsində Azərbaycan mədəniyyətini təbliğ edir, ölkəmizi tanıdır və həm də başqa xalqların mədəni abidələrinin qorunması istiqamətində, uşaqlara, yoxsullara, ehtiyacı olanlara yardım sahəsində olduqca vacib proqramlar həyata keçirir.

Bu iki əhəmiyyətli hadisənin eyni gündə qeyd edilməsinin bütün vacib aspektlərini Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində dolğun şəkildə ifadə edib. Dövlət başçısı Ümummilli Liderin Azərbaycan dövlətçiliyi üçün gördüyü işləri ardıcıl şəkildə təhlil edib.

Hələ SSRİ dönəmində Heydər Əliyev Azərbaycanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atmışdı. Kremlin ciddi nəzarətinə baxmayaraq, Ulu Öndər Azərbaycanın milli-mənəvi dəyərlərinin, dilinin, adət-ənənələrinin qorunması, bütün sahələrdə inkişafı istiqamətində fədakarlıq göstərirdi. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan üçün milli kadrlar yetişdirildi və ölkə ciddi inkişaf yoluna çıxdı.

Bu prosesi illərlə və düşünülmüş şəkildə aparan Heydər Əliyev gələcəkdə səmərəli işləyə bilən milli kadrlar ordusu yaratdı. Bütün bunların nəticəsi olaraq "...sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir".

Ulu Öndərin Kremldə yüksək vəzifədə çalışarkən Azərbaycan naminə göstərdiyi xidmətləri haqqında ayrıca danışmaq lazımdır. Xüsusilə bir sıra dairələrin ölkəmiz əleyhinə məkrli planları həyata keçirməsinin qarşısını Heydər Əliyevin qətiyyətli siyasəti və parlaq şəxsiyyəti alırdı. Bu məqamı dövlət başçısı İlham Əliyev də xüsusi vurğulayıb. Ölkə rəhbəri həmin aspektdə deyib: "1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi".

Yəni fürsətdən istifadə edən düşmən uzun illər hazırlığını gördüyü təcavüzkarlıq siyasətini həyata keçirməyə başladı. SSRİ-nin o vaxtkı rəhbərliyinin ciddi dəstəyi ilə ermənilər Dağlıq Qarabağ ətrafında vəziyyəti gərginləşdirdilər. Həmin mərhələ ilə bağlı İlham Əliyev belə bir fikir ifadə edib: "Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı". Bu, bir həqiqətdir. Təcrübə də sübut etdi ki, məhz Heydər Əliyev güclü havadarları olan düşməni cilovlaya bilərdi.

Yeni mərhələ: humanitar fəaliyyət və uğurlu Azərbaycan qadını obrazı

Bu tezisin sübutu Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tədricən erməni təcavüzünün qarşısını ala bilməsidir. Ümummilli Lider öncə düşmənin irəliləyişini dayandırdı, sonra işğal altındakı torpaqların bir qismini hərbi əməliyyatlarla azad edib düşməni danışıqlar masası arxasına qayıtmağa məcbur etdi. Bundan sonra Ulu Öndər atəşkəs rejiminə nail oldu və Azərbaycan dövlətinin etibarlı inkişaf strategiyasını həyata keçirməyə başladı. Təcrübə göstərdi ki, Heydər Əliyevin işləyib hazırladığı inkişaf kursu çox səmərəlidir və hazırda Ermənistan Azərbaycandan dəfələrlə zəifdir. Yəni keçən müddət ərzində Ermənistan dövlətçiliyi inkişaf etmədi, lakin Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldi.

Təbii ki, müstəqil dövlət quruculuğu həm də ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində fəaliyyətlə tamamlanır. Keçən müddətdə Heydər Əliyevin xarici siyasət kursu imkan verdi ki, beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanısın. Belə də oldu. İndi Azərbaycan yüksək beynəlxalq nüfuza sahib, müstəqil və sürətlə inkişaf edən bir dövlət kimi qəbul edilir. Prezident İlham Əliyev dəfələrə vurğulayıb ki, Azərbaycan rəhbərliyi Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu reallaşdırır və bu, həmişə belə olacaq!

O da sevindiricidir ki, Ulu Öndərin adını daşıyan Fond da fəaliyyətində çox böyük uğurlara imza atmaqdadır. Bu barədə nitqində fikir bildirən dövlət başçısı vurğulayıb ki, 15 il ərzində Heydər Əliyev Fondu bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə böyük işlər görüb. Təhsil sahəsində Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı həyata keçirilməyə başlayıb. Həmin proqram çərçivəsində dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib və təmir edilib. Fondun xətti ilə çox sayda uşaqlar müalicə alıblar.

Bütün bunların sayəsində Fond artıq dünyada böyük nüfuza sahib bir təşkilat kimi tanınır. Bu proses durmadan indi də davam edir. Həyata keçirilən geniş əhatəli və çoxsaylı layihələr Heydər Əliyev Fondunun nüfuzunu durmadan artırmaqdadır. Prezident İlham Əliyev həmin bağlılıqda nitqində vurğulayıb: "Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir”.

Bunlarla yanaşı, Ulu Öndərin anadan olmasının ildönümü üçün də əhəmiyyətli məqam kimi Fond tərəfindən Heydər Əliyevin siyasi irsinin bütün dünyada geniş təbliğ edilməsini göstərmək olar. Şübhə yoxdur ki, həmin istiqamətdə də Heydər Əliyev Fondu yeni-yeni uğurlara imza atacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox uğurlu fəaliyyəti sayəsində Fond dövlətçiliyin inkişafı, milli mədəniyyətin təbliği və siyasi kursun təşviqi istiqamətlərində əhəmiyyətli proqramları reallaşdıracaq.

Yuxarıda vurğulanan məqamlar bir daha sübut edir ki, ölkəmiz Ulu Öndərin doğum gününü uğurlu nəticələrlə, böyük planlarla qarşılayıb. Bundan sonra da ölkə rəhbərliyinin qətiyyəti, yüksək siyasi iradəsi və milli maraqları əsas tutması sayəsində daha yüksək nəticələr əldə ediləcək. Azərbaycan daha çox inkişaf etdikcə, Heydər Əliyevin xatirəsi də xalq üçün daha əziz olacaq və dünyada Ümummilli Liderin nüfuzu yeni zirvələrə yüksələcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-şərq” festivalı təşkil olunub

Dünya Bankı: Trans-Xəzər dəhlizinə sərmayələr iqtisadi inkişafı dəstəkləyəcək və milyonlarla iş yer açacaq

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram