SİYASƏT
Ukrayna mətbuatı Azərbaycanın Fransa Senatının qərəzli qətnaməsinə etirazı barədə xəbələrə geniş yer ayırıb
Kiyev, 28 noyabr, AZƏRTAC
Ukrayna mətbuatında Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə əlaqədar Azərbaycanın etirazına dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Ukrinform, “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentlikləri, “Gordon”, “Obozrevatel” və digər informasiya portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibətinə, Milli Məclisdə bununla bağlı müzakirə olunan məsələlərə diqqət çəkilib.
Bundan başqa, yazılarda Milli Məclisdə Fransa Senatının qərəzli qətnaməsinə etiraz bəyanatının qəbul olunması, Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması kimi fikirlər də yer alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya etirazı da yayılan xəbərlər sırasındadır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev