Ukrayna prezidenti Kremençuq şəhərinin meri Oleq Babayevin doğmalarına və yaxınlarına başsağlığı verib
Kiyev, 29 iyul (AZƏRTAC). Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko Kremençuq şəhərinin meri, etnik azərbaycanlı Oleq Meydanoviç Babayevin faciəli ölümü ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı məktubu ünvanlayıb. AZƏRTAC bu haqda Ukrayna dövlətinin başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Ukrayna Prezidentinin başsağlığı məktubunda deyilir: “Oleq Babayev onu tanıyanların, onunla birlikdə işləyənlərin hamısının yaddaşında əsl peşəkar kimi, öz şəhərinə və Ukrayna dövlətinə sədaqətlə xidmət edən bir insan kimi qalacaq. Bu faciəli anlarda, dərin matəm günlərində sizinlə birlikdə onun xatirəsi qarşısında baş əyir və kədərlənirəm. Oleq Meydanoviçin işıqlı xatirəsi ürəklərimizdə həmişəlik yaşayacaq”.
Xatırladaq ki, Kremençuq şəhərinin meri Oleq Babayev iyulun 26-da güllə ilə vurulub. Onun “Mersedes” marklı avtomobilinin yanında dayanmış ağ rəngli “VAZ-2108” avtomobilindən merə üç güllə atılıb. Oleq Babayev hadisə yerində keçinib.
Zeynal Ağazadə,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [19:51]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:37]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [19:05]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [18:45]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [18:42]