UKRAYNA PREZİDENTİ KRIM TATARLARININ PROBLEMLƏRİ HAQQINDA
Dövlət başçısı bunu tatarların və digər millətlərin Krımdan deportasiyasının 62-ci ildönümü ilə əlaqədar Ukrayna xalqına müraciətində bildirmişdir.
Prezident demişdir: “Ukrayna bəşəriyyətin genişmiqyaslı faciələrindən birinin nəticələri ilə, əslində, üz-üzə qalmışdır. Biz deportasiya olunmuşların problemlərinin həlli üçün hər cür səy göstəririk. Təbiidir ki, Krım tatarları ukraynalılar arasında anlayış və dəstək tapmışlar, çünki onlar da aclıq keçirmiş, repressiyalara və totalitar rejimin zülmünə məruz qalmışlar. Ukrayna xalqının böyük oğulları general Pyotr Qriqorenkonun və Vyaçeslav Çornovilin adları Krım tatar xalqının öz hüquqlarının bərpası uğrunda mübarizəsi tarixinə əbədi yazılmışdır”.
Viktor Yuşşenko vurğulamışdır ki, o, Ukraynanın bütün vətəndaşları ilə birlikdə on minlərlə günahsız qurbanın xatirəsi qarşısında baş əyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]