Ukrayna və Macarıstan arasında mövcud mübahisələrin həllinə dair razılıq əldə olunub
Kiyev, 27 yanvar, AZƏRTAC
Ukrayna və Macarıstan xarici işlər nazirləri Dmitri Kuleba və Peter Siyarto dil və təhsil mübahisələrini həll etmək üçün iki ölkənin mütəxəssislərinin birgə fəaliyyət göstərməsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Kuleba bunu Kiyevdə Siyarto ilə birgə mətbuat konfransında söyləyib.
"Bu gün problemləri həll etmək istəyən və yeni problemlər yaratmaq istəməyən tərəfdaşlar olaraq danışdıq. Buna görə də yaxın vaxtlarda Ukrayna-Macarıstan təhsil üzrə işçi qrupunun iclasının, eləcə də onlayn biznes forumunun keçiriləcəyi barədə razılığa gəldik”, - deyə Kuleba əlavə edib.
Macarıstanın XİN rəhbəri, öz növbəsində, ukraynalı həmkarı ilə əldə etdiyi razılaşmaları təsdiqləyərək deyib: "Münasibətlərimizdə müəyyən gərginliyə səbəb olan dil qanunu üzərində birlikdə işə başlamaq üçün nazirə müraciət etdim. Təhsil qanununun necə tətbiq olunacağına dair səlahiyyətli bir işçi qrupu yaratmaq istəyirik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]