Ukrayna və Norveç birgə dron istehsal edəcək
Kiyev, 30 noyabr, AZƏRTAC
Ukraynanın müdafiə naziri Denis Şmıqal norveçli həmkarı Tore Sandviklə pilotsuz təyyarələrin birgə istehsalına dair sənəd imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şmıqal sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
"İki ölkə birgə Ukrayna pilotsuz təyyarələri istehsal edəcək. Bu, bizə imkanlarımızı genişləndirməyə və Ukraynanın müdafiəsini gücləndirməyə imkan verəcək mühüm addımdır", - deyə Şmıqal qeyd edib.
Nazirin sözlərinə görə, növbəti mərhələ 2026-cı ildə istehsal xəttinin sürətlə tətbiqini və eyni zamanda gücün daha da artırılması üzərində işləməyi nəzərdə tutur.
"Ukrayna öz təcrübəsini və innovasiyalarını Norveçlə bölüşəcək. Öz növbəsində biz əsgərlərimizi müasir dronlarla təchiz edəcək güclü istehsal müəssisəsinə sahib olacaq, eləcə də Norveçin aparıcı qurumları ilə tədqiqat və inkişaf sahəsində əməkdaşlıq edəcəyik", - deyə Şmıqal vurğulayıb.
O, Norveçə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib: “Bu layihə tərəfdaşlarımızla azad dünyanın bütün ölkələrinin müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığın bir nümunəsidir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]