Ukrayna XİN ABŞ nümayəndə heyəti ilə növbəti müzakirələri uğurlu adlandırıb
Kiyev, 30 noyabr, AZƏRTAC
Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya ABŞ-da danışıqların başlanmasını uğurlu adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kislitsya X sosial media platformasında məlumat verib.
"Hazırkı görüşün başlanğıcı uğurludur. Çox maraqlı və konstruktiv keçir. Potensial mütərəqqi nəticəyə şərait yaradan isti atmosfer, əla liderlik", - deyə XİN müavini əlavə edib.
O, Cenevrədə olduğu kimi, bu dəfə də ABŞ nümayəndə heyətinin öz baxışını təqdim etmə tərzini yüksək qiymətləndirib.
Qeyd edək ki, noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə danışıqlar bu gün başlayıb və hazırda davam edir. Məlumdur ki, ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi - ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri bir gün ərzində həll etmək istəyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]