Ukraynada koronavirusa yoluxma ilə bağlı daha bir antirekord qeydə alınıb
Kiyev, 5 sentyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2836 nəfər koronavirusa yoluxub, 50 nəfər isə dünyasını dəyişib. Bundan öncə koronavirusa yoluxma faktı sutkalıq 2723 nəfəri keçməmişdi. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Ternopl, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 133 min 787 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 2811 nəfərdir, 61 min 649 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]