Ukraynada koronavirusla bağlı statistik göstəricilər ürəkaçan deyil
Kiyev, 22 aprel, AZƏRTAC
Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı 13 nəfər olub. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada bu infeksiyadan ölənlərin sayı 174-ə çatıb.
Son sutkada ölkədə 467 nəfər koronavirusa yoluxub. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 6592 nəfərə çatıb.
Ölənlərin 85 faizində şəkərli diabet, ürək-damar və böyrək çatışmazlığı kimi xəstəliklər olub. 424 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]