Ukraynanın Baş naziri istefa verib
Bakı, 15 iyul, AZƏRTAC
Ukraynanın Baş naziri Denis Şmıqal istefa verib. Mesaj siyasətçinin “Telegram” kanalında yayımlanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Şmıqal qeyd edib: “Ölkəmiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirik!”.
Şmıqal Ukrayna Ali Radasına istefanın qəbul edilməsini xahiş edən müraciət göndərib və bəyanatın fotosunu yayıb. O, həmçinin göstərdiyi etimada görə ölkə Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.
“RBC-Ukrayna” nəşrinin məlumatına görə, Şmıqal Ukraynanın müdafiə naziri postunu tutacaq, Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov isə Amerika Birləşmiş Ştatlarında səfir vəzifəsinə təyin ediləcək.
İyulun 14-də Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenko ilə görüşüb və onu ölkə hökumətinə rəhbərlik etməyə dəvət edib. O əlavə edib ki, bu addımla Ukrayna icra hakimiyyətinin transformasiyasına başlayır ki, bu da Kiyevin potensialını gücləndirməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]