Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər adını Azərbaycan tarixinə böyük hərflərlə yazdırmış dahi şəxsiyyətdir

Ulu Öndər adını Azərbaycan tarixinə böyük hərflərlə yazdırmış dahi şəxsiyyətdir

Bakı, 14 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev adını Azərbaycan tarixinə böyük hərflərlə yazdırmış dahi şəxsiyyətdir. Hər bir dövlətin, xalqın azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi liderləri var. Həmin şəxsiyyətlər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarla bağlı tarixi qərarlar veriblər. Ümummilli Lider Heydər Əliyev də Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi daxil olub.

Göstərdiyi xidmətlərlə, keçdiyi şərəfli yolla əbədilik qazanan Ulu Öndərin xatirəsi hər bir azərbaycanlının xatirəsində dərin hörmət və ehtiramla yaşayır. Yaşadığımız bu günlərə nəzər salarkən müdrik liderin fəaliyyəti, uzaqgörənliyi, xalq və dövlət qarşısında fəaliyyəti daha çox özünü göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müstəqilliyimiz inkişaf edərək məhz onun sayəsində əbədi və dönməz xarakter aldı. Dahi Liderin 1969-1982-ci illərdə hakimiyyətdə olduğu zaman bugünkü müstəqilliyimizin təməlini təşkil edən milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Həmçinin hər il yüzlərlə gənc hərbi və digər mühüm sahələrdə təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə işə qəbul olundu.

“Totalitar sovet rejiminin hökm sürdüyü 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Liderin səyi və xidmətidir. Həmin zaman imperiya siyasətinin tələbləri ilə tam ziddiyyət təşkil edən xalqın mənəvi sərvətinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasların yaradılması cəsarətli addım idi.

SSRİ rəhbərliyinin 1990-cı ildə Bakıya ordunun yeridilməsi haqqında qərarına və qanlı faciənin törədilməsinə ilk etirazı Ulu Öndər Heydər Əliyev etmişdi. Faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli oldu.

Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə respublikamızın müstəqilliyi yolunda mühüm qərarlar verildi. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi. Bundan əlavə, dünya azərbaycanlılarının həmrəyli günü qəbul olundu, 20 Yanvar faciəsinə siyasi qiymət verilərək SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi.

Müstəqilliyimizin ilk illərində aparılan səriştəsiz siyasət, daxili çəkişmələr, düşmən qarşısında məğlubiyyət xalq tərəfindən Ümummilli Liderin yenidən hakimiyyətə gətirilməsini zəruri edirdi. Xalq bilirdi ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi, siyasi böhrandan yalnız bir şəxs xilas edə bilər”,- deyə Y.Hacızadə vurğulayıb.

Azərbaycan xalqının iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, Heydər Əliyevin özünün dediyi kimi “ömrünün qalan hissəsini də xalqına bağışlamaq” idi.

O bildirib ki, “Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaqdır” kəlamında söylənildiyi kimi Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurulması, gələcək inkişafı üçün mümkünsüz görülən hər şeyi etdi. Fransız mütəfəkkiri Volterin “dövləti xilas etmək üçün bir dahi insan kifayətdir” sözləri də özünü doğrultmuş oldu.

Ona görə Ümummilli Liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Onun təməlini qoyduğu Azərbaycan diplomatiyası, iqtisadiyyatı, hərb sahəsi bu gün inkişaf dövrünü yaşayır. Dünyanın gərgin, münaqişələrlə dolu dövrünə qədəm qoyduğumuz bu günlərdə sabit ictimai-siyasi şərait, inkişaf edən iqtisadiyyat, güclü, dövlətin ərazi bütövlüyünü təmin edə bilən ordu dahi şəxsiyyətin əzminin, iradəsinin, uzaqgörənliyinin nəticəsidir.

Politoloq qeyd edib ki, Ulu Öndər böyük azərbaycanlıdır. Onun azərbaycançılıq nəzəriyyəsi bu gün bizim vahidliyimizi təmin etdi. Eyni zamanda, ölkəmizdə bütün millətlərin, etnik qrupların sülh içində yaşamasını formalaşdırdı. Onun nəticəsində bu gün böyük, vahid Azərbaycan xalqı öz ərazi bütövlüyü uğrunda heç bir etnik ayrı-seçkilik etmədən mübarizə aparmağa, döyüşməyə, şərəflə vətəni qorumağa hazırdır.

Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi irs, ata vəsiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə, şərəflə, inkişaf etdirilməklə həyata keçirilir. Bu irs Azərbaycan dövlətinin siyasi konsepsiyasının əsasını təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb