Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev - bütün zamanların mütləq Qalibi

Ulu Öndər Heydər Əliyev - bütün zamanların mütləq Qalibi

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Heydər Əliyev kimi siyasət nəhəngi, tarixin yüz ildən bir yetişdirdiyi dahi şəxsiyyət haqqında yazmaq çox çətindir. Çünki Heydər Əliyev kimi siyasət ustadlarının, dövlət xadimlərinin milli və qlobal düşüncələrini, mənsub olduğu xalqı və dövləti üçün gördüyü işləri, özündən sonra miras qoyduğu siyasi irsi və milli məfkurəni tam dərk etmək və mahiyyətini olduğu kimi izah etmək asan məsələ deyil.

Ulu Öndər dövrünün yeganə siyasi və dövlət xadimi idi ki, hər iki ictimai-iqtisadi formasiyada, yəni, həm sovetlər dönəminin, həm də müstəqillik illərinin taleyüklü anlarında bütün məsuliyyəti üzərinə götürərək xalqını üzləşdiyi bəlalardan və çətinliklərdən qurtarmağı, ölkəsinin müstəqilliyini, inkişafını və təhlükəsizliyini təmin etməyi bacarıb.

Başqa sözlə desək, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb. O, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib, apardığı hər bir milli mübarizənin mütləq qalibi və qəhrəmanı olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Azay Quliyevin “Heydər Əliyev-bütün zamanların mütləq Qalibi” sərlövhəli məqaləsində yer alıb.

Bildirilib ki, Heydər Əliyev Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən, kommunist ideologiyasının qadağalarına baxmayaraq, dövlətimizin müstəqillik sütunlarını hələ o zaman çox böyük uzaqgörənliklə formalaşdıran müdrik rəhbər olub.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində həm Mütəllibov, həm də AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni ictimai-siyasi pərakəndəliyə, anarxiyaya sürükləyib. Ayrı-ayrı bölgələrdə genişlənən separatçılıq və parçalanma meylləri, o cümlədən başlanmaqda olan qardaş qırğını və vətəndaş müharibəsi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bir millət və dövlət olaraq taleyimizin həll olunduğu həmin ağır zamanlarda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın əsl xilaskarına çevrildi. Dövlətimizi dağılmaqdan və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtaran Ulu Öndər sonrakı mərhələdə də müstəqilliyimizə qarşı yönələn silahlı çevriliş cəhdlərinin qarşısını uğurla aldı, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, bütün sahələrdə köklü islahatlar apardı, qısa müddət ərzində iqtisadiyyatı dirçəltməyə, nizami ordu yaratmağa və demokratik - hüquqi dövlət quruculuğu prosesinə başladı.

Vurğulanıb ki, müstəqil Azərbaycanın yeni, demokratik və müasir Konstitusiyasının qəbul edilməsi, ölüm hökmünün və mətbuatda senzuranın ləğv edilməsi, Konstitusiya Məhkəməsinin, bələdiyyə institutunun və Ombudsman təsisatının yaradılması, Azərbaycanın neft strategiyasının və iqtisadi inkişaf konsepsiyasının müəyyənləşdirilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa qaz kəmərlərinin çəkilişinın əsasının qoyulması yalnız Ulu Öndər Heydər Əliyevin siyasi dühası, qətiyyəti və əzmkarlığı hesabına mümkün olub.

Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib - qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı, fəal diplomatiyanın nəticəsində Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində çalışsa da, Ulu Öndər bu qısa müddətdə müstəqil Azərbaycanda müasir parlamentarizmin əsasını qoydu. Həmçinin parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Ulu Öndərin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Milli Məclisin iclaslarının, mətbuat konfranslarının, respublika əhəmiyyətli müşavirələrin birbaşa yayımla televiziya ekranlarından xalqa çatdırılması isə Heydər Əliyevin bir tərəfdən özünəinamının ifadəsi idisə, digər tərəfdən xalqla birbaşa dialoqun qurulmasının təzahürü kimi də çox mühüm əhəmiyyətə malik idi.

Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsi Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir həmvətənimizin ürəyindən xəbər verən milli vəhdət rəmzi kimi tarixə düşdü. Onun xalqımız və dövlətçiliyimiz qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan, Ulu Öndər və ata vəsiyyətini fədakarlıqla yerinə yetirən Prezident İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik Liderin yetişdirməsi idi.

“Düşünürsən ki, Heydər Əliyevi hər zaman müvəffəq və qalib edən, qarşısında duran bütün çətinlikləri və maneələri ağılla və eyni zamanda, cəsarətlə dəf etməyə güc verən əsas amillər nə idi? Birinci amil, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi idi. Ən çətin və məşəqqətli anlarda xalq yalnız və yalnız Heydər Əliyevə üz tutur və onu köməyə çağırırdı.

İkinci amil, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti idi. Bu əzəmət Onun siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, cəsarət və qətiyyətində, güclü siyasi iradəsində, dərin zəkasında, geniş dünyagörüşündə, analitik təfəkküründə, tarixi şəraiti düzgün qiymətləndirməsində, dözümlü və səbirli olmasında, sadəliyində və bir çox digər ali mənəvi keyfiyyətlərində özünü büruzə verirdi. Üçüncü amil, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi. Onun bütün qərarları milli maraqlara və dövlətçilik ideyalarına söykənirdi”, - deyə müəllif qeyd edib.

Bildirilib ki, banisi olduğu müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

“Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Ümummilli Liderin siyasəti Azərbaycanın müstəqilliyinə və inkişafına əbədiyyən xidmət edəcək, - deyə A.Quliyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO