Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 20 may, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq birlik tərəfindən ağacəkmə aksiyası reallaşıb. Aksiyada qurumun rəhbər şəxsləri ilə yanaşı, digər struktur bölmə əməkdaşları da iştirak ediblər.