Azərbaycan Dövlət İnformasiya Agentliyi

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN UZAQGÖRƏNLİYİ SAYƏSİNDƏ AZƏRBAYCAN ÖZÜNÜN MÜSTƏQİL ENERJİ SİSTEMİNİ YARATMIŞDIR

Ölkəmizin baş energetika idarəsi olan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə və mətbuatla əlaqənin daha şəffaf, sıx qurulmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə bir-birindən maraqlı layihələr icra olunur.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri də ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar KİV nümayəndələrinin Azərbaycan İstilik Elektrik Stansiyasına səfərinin təşkilidir.

KİV nümayəndələri əvvəlcə Azərbaycan İES-in mərkəzi binasında yerləşən Heydər Əliyev muzeyi ilə tanış olmuşlar.

Muzeyin direktoru Sevda Abdullayeva bildirmişdir ki, burada dünya şöhrətli siyasi xadim, müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən eksponatlar, müxtəlif sənədlər və fotoşəkillər saxlanılır. “Heydər Əliyev və Mingəçevir” bölməsi tamaşaçılarda xüsusilə böyük maraq doğurur.

Sonra elektrik stansiyasına baxış keçirilmişdir. İştirakçılara stansiyanın tarixi barədə məlumat verilmişdir.

Azərbaycan İES-in direktoru Bəhmən Nəcməddinov bildirmişdir ki, 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunun sürətli inkişafını təmin etmək məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən, respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə respublikada elektrik enerjisinin istehsalı 12 milyard kilovat-saatdan, istehlak isə 11,3 milyard kilovat-saat olmuşdur. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES-in və “Azərbaycan” DRES-n inşasına başlamaq qərara alınmışdır.

Elektrik stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır.

“Azərbaycan” DRES-in birinci enerji blokunun işə salınması ölkəmizdə əlamətdar hadisəyə çevrilmişdir. Ümummilli liderimizin bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimi Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyevin respublikamıza bəxş etdiyi nəhəng iqtisadi layihələr sırasında xüsusi yeri olan “Azərbaycan” DRES Cənubi Qafqazda ən iri elektrik stansiyasıdır.

Stansiya hər birinin gücü 300 meqavat olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malikdir. Hazırda respublikada istehsal edilən elektrik enerjisinin 50 faizə yaxını bu stansiyanın payına düşür.

Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan İstilik Elektrik Stansiyasının 7 enerji blokunda yenidənqurma işləri aparılmışdir. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemində 600 meqavat əlavə güc əldə olunmuş, stansiyanın ümumi gücü 2640 meqavata çatdırılmışdır. Layihənin həyata keçirilməsi ildə 800 min ton yanacağa qənaət etməyə imkan vermişdir.

Milli elektroenergetikamızın bel sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Enerji obyektinin istismara verilməsi ilə elektroenergetikamızda başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir.

Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də respublikamızın enerji təhlükəsizliyi məsələsinin həllinə hələ ölkəyə birinci rəhbərliyi dövründə nail olmasıdır. Bu nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə ölkəmizi regionda xüsusi maraqları olan xarici dövlətlərin enerji təhdidlərindən qorumuşdur.

Məhz bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılmışdır. İstehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuşdur. 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.

Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşməmişdir. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yaranmışdır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində tikilmiş “Azərbaycan” İES olmasaydı respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

Qeyd olunmuşdur ki, ümumiyyətlə, ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 meqavata yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istahsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək - 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak isə 11,3 milyard kilovat-saatdan 23 milyard kilovat-saatadək artmış, 2 dəfədən çox olmuşdur. Bununla yanaşı, Azərbaycan enerji sisteminin Rusiya, İran, Gürcüstan və Naxçıvan MR tərəfdən Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur.

Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Ulu öndərin möhkəm zəmin üzərində qurduğu müasir Azərbaycan dövləti onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü strateji xətt sayəsində beynəlxalq aləmdə öz nüfuzunu gücləndirir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, enerji sisteminin dayanıqlığı getdikcə yüksələn Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi respublikamızı elektrik enerjisi ixrac edən ölkəyə çevirməkdədir.

Xüsusi vurğulamışdır ki, ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışacaq, ulu öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib