Ulu Öndərin əziz xatirəsi Gürcüstanda ehtiramla anılıb
Tbilisi, 12 dekabr, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək burada Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi