Ülvi Mehdiyev: Bu gün ASAN konsepsiyası 40-dan çox ölkə ilə paylaşılır
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün ASAN konsepsiyası 40-dan çox ölkə ilə paylaşılır və dünyanın müxtəlif yerlərində 600-dən çox mərkəz 800 milyondan çox insana ASAN prinsipləri əsasında xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda söyləyib.
O bildirib ki, bu təcrübənin digər ölkələrlə bölüşülməsi Azərbaycanın dost və tərəfdaş dövlətlərlə əlaqələrinin daha da dərinləşdirilməsi və beynəlxalq inkişafa töhfə vermək baxışını əks etdirir.
“Azərbaycan ASAN xidmət sahəsində əldə etdiyi təcrübəni dünyanın daha çox ölkəsi ilə bölüşməyə və beynəlxalq inkişaf əməkdaşlığına töhfə verməyə sadiqdir”, - deyə Ülvi Mehdiyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]