Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iməcilik keçirilmişdir
Bakı, 1 iyun (AZƏRTAC). İyunun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Qazax və Bakı-Quba magistral avtomobil yollarının kənarında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə iməcilik keçirmişdir.
İməciliklərdə nazirliyin 400-ə yaxın əməkdaşı Bakı-Qazax magistral avtomobil yolunun 60 hektar ərazisində, Bakı-Quba magistral avtomobil yolunun isə 40 hektar ərazisində abadlıq işləri aparmış və ağaclara qulluq etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 5 İyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində bölgələrdə də iməciliklər təşkil olunmuşdur. Ümumiyyətlə hər il bu əlamətdar gün münasibətilə ETSN ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]