ÜMUMDÜNYA QAN DONORLARI GÜNÜ AZƏRBAYCANDA DA QEYD OLUNACAQDIR
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, “Sağlamlıq və qayğı” proqramı çərçivəsində Qan Proqramı Layihəsi üzrə fəaliyyət göstərən könüllülərin iştirakı ilə Dövlət Qan Bankında qanvermə aksiyası keçiriləcəkdir. Tədbirdə müntəzəm qan donorlarına Qızıl Aypara Cəmiyyəti tərəfindən hədiyyələr təqdim olunacaqdır.
Qan Donorları günü ilə əlaqədar metronun “Bakı Soveti”, “Elmlər Akademiyası”, “Əzizbəyov” və “Neftçilər” stansiyaları yaxınlığında cəmiyyət kampaniya keçirəcək, könüllü qızıl ayparaçılar əhali arasında qan donorluğu haqqında informasiya materialları paylayacaq və bu mövzu ilə əlaqədar təbliğat işi aparacaqdır.