Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir - “Tarixin Lideri”
Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Tarixin Lideri” adlı tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx təqdim edilib və vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin adı müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazılıb.
Tədbirin bədii hissəsində Mədəniyyət evinin “Səma” rəqs ansamblının “Məşəl” rəqs qrupu, “Şən gimnastlar”, “Gold” rəqs qrupu, “Günəş” poeziya dərnəyinin üzvləri, həmçinin gənc və istedadlı müğənnilər çıxış ediblər.