Ümummilli Lider Heydər Əliyevin xatirəsi Bakı Qızlar Universitetində də anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Bakı Qızlar Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Qızlar Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Bakı Qızlar Universitetinin rektoru pedaqogika üzrə elmlər doktoru, professor Sevinc Rəhimova giriş nitqində Ulu Öndərin həyat və fəaliyyəti ilə Azərbaycan xalqının qəlbində unudulmaz izlər qoyduğunu vurğulayıb.
Universitetin Tarix kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətlərindən bəhs edib.
Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Təranə Şükürlü isə Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolundan söz açıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib, eləcə də Bakı Qızlar Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim olunub.