UNA-nın portalında Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında videokonfrans ətraflı işıqlandırılıb
Qahirə, 24 iyul, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və ölkənin tanınmış “Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzi ilə birgə keçirilmiş “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında geniş şəkildə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, UNA-nın xarici işlər bürosunun direktoru Hazim Əbduhun da iştirak etdiyi videokonfrans haqqında ətraflı məlumatda ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov, Qahirə Universitetinin professoru Nurhan əl-Şeyx, Helvan Universitetinin doktoru Adil Dərviş, Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyinin ikinci katibi İmran Sadıxov, “Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzinin müdiri Əhməd Tahir, AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun Şərq və Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Gülər Qafqazlının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan sərhədində son hərbi təxribatı haqqında çıxışları yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]