UNEC-də UDİD proqramının tətbiqinə başlanılacaq
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitetdaxili İkili Diplom Proqramının (UDİD) ilkin təqdimatı olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradovun iştirakı ilə keçirilən təqdimatda tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev UDİD proqramının qaydaları, tətbiqi və icrası haqqında məlumat verib.
Qeyd olunub ki, UDİD proqramının yeni tədris ilindən reallaşdırılması nəzərdə tutulur. UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək tələbələrin məzun olduqdan sonra əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların rəqabət qabiliyyətini də artıracaq.
Təqdimatdan sonra UDİD proqramının daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və təkliflər səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]