UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib










Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunan TEDxUNEC konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
UNEC İnnovativ Gənclər Təşkilatının (İGT) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən TEDx-in açılışında çıxış edən 4-cü kurs tələbəsi, İGT sədri Samir İsmayılzadə tədbirin spikerlərinin müxtəlif sahələr üzrə ölkənin tanınmış mütəxəssisləri olduğunu bildirib.
Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, idarəetmə üzrə konsultant Elşən Bədirxanov, psixoloq Nizami Orucov, “PAŞA Holdinq”in PR və kommunikasiya meneceri Aytac Muxtarzadə, marketinq üzrə ekspert Göktuğ Sarı, “Paşa Malls”un insan resursları meneceri Vüqar Cəfərov, “Saxara” gözəllik salonlarının təsisçisi Sərxan Qulamlı və elmi-kütləvi bloger Vüsal Yusifli gənclər üçün aktual olan mövzularda çıxış ediblər. Spikerlərin TEDx-də paylaşdıqları uğur hekayələri, motivasiyaedici çıxışları və fikirləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.