UNESCO-da 1970-ci il Konvensiyasının üzv dövlətlərinin 6-cı toplantısı işə başlayıb
Paris, 26 may, AZƏRTAC
UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsinin də çıxışı gözlənilir.
Qeyd edək ki, mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və tranzitinin qarşısının alınması və qadağan edilməsi tədbirlərinə dair 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısı konvensiyanın suveren orqanı hesab olunur. Üzv dövlətlərin toplantısının mandatı Konvensiyanın həyata keçirilməsinə strateji rəhbərlik və onun məqsədlərinin təbliği üçün zəruri hesab olunan tədbirləri reallaşdırmaqdır. Üzv dövlətlərin iclasının qaydaları bu dövlətlərin 2012-ci ilin iyununda keçirilmiş 2-ci iclasında qəbul edilib.
Mayın 27-si və 28-də UNESCO-nun mənzil-qərargahında 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısının köməkçi Komitəsinin 9-cu sessiyası keçiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]