“Universiada-2023”ün idman qurğularında test yarışları keçiriləcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasının qurğularında test yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Universiada-2023”ün Təşkilat Komitəsindən bildirilib.
Qeyd edilib ki, test yarışları 2022-ci ildən 2023-cü ilədək təşkil ediləcək.
Universiadanın yarışlarının keçiriləcəyi obyektlər arasında 2020-ci ilin dekabrında Nikolay Karpol adına Voleybol Akademiyası, 2021-ci ildə futbol mərkəzi və sambo sarayı, 2022-2023-cü illər ərzində cüdo sarayı, eləcə də, “Universiada-2023”ün Atletlər kəndi və digər bütün obyektlərin inşası başa çatdırılacaq.
Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]