UNİVERSİTET MƏZUNLARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tanınmış alim və pedaqoqların, Milli Məclisin deputatlarının iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Erol Oral çıxış edərək təhsilimizin inkişafında ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Ulu öndərimizin universitetə göstərdiyi qayğı və diqqətdən söhbət açan rektor bu ali təhsil ocağında qazanılmış nailiyyətləri diqqətə çatdırmış, məzunları təbrik etmişdir.
Qeyd edilmişdir ki, cari ildə universiteti bakalavr və magistr pillələri üzrə 142 tələbə bitirir.
Görüşdə Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən və digər natiqlər xoş arzularını ifadə etmişlər.
Təhsildə fərqlənən müəllim və məzunlara mükafatlar təqdim olunmuşdur.
Tədbir tələbələrin konsert proqramı ilə başa çatmışdır.