UNİVERSİTETİN ANSAMBLI SƏFƏRDƏN QAYİTMIŞDIR
Xəzər Universitetinin mahnı və rəqs ansamblı Qətərin paytaxtı Doha şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Universitetdən AZƏRTAC-ın müxbirinə demişlər ki, səfərdən geri dönən ansambl universitetin konsert salonunda bir daha məharətini göstərmişdir. Tamaşaçılar ansamblın ifasında “El qızları”, “Çobanlar”, “Şal-şalı” və sair rəqsləri hərarətlə qarşılamışlar.
Konsertdə respublikanın ali məktəblərinin və ölkəmizdəki xarici səfirliklərin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]