“Urban Breakfast”: Bolqarıstan WUF13-ə hazırlığı müzakirə edəcək
Sofiya, 30 aprel, AZƏRTAC
Azərbaycandakı səfirliyinin dəstəyi ilə cümə axşamı günü Bolqarıstanda Beynəlxalq “Urban Breakfast” tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyasına hazırlıq məqsədilə ZOOM platformasında hibrid formatda baş tutacaq.
Yerli vaxtla saat 11:00-da başlayacaq konfransda Bolqarıstan akademik ictimaiyyətinin, Sofiya meriyasının və İzqrev rayonunun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Təşkilatçılar arasında UN-Habitat, WUF13 Təşkilat Komitəsi, UNEC və Azərbaycan Memarlıq və İnşaat Universiteti var.
İştirakçılar davamlı şəhərsalmanın cari məsələlərini və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Həm oflayn, həm də onlayn iştirakçılar tədbirə qoşula biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]