Ursula Fon der Lyayen: Avropa Komissiyası Rusiya aktivlərini müsadirə etməyəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Avropa Komissiyası Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi planlaşdırmır. Lakin bu vəsaitlər Ukraynaya “reparasiya krediti” formasında dəstək üçün istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bunu Strasburqda Avropa İttifaqının vəziyyətinə dair illik çıxışı zamanı deyib.
Ursula Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı ölkələri təcili olaraq Rusiyaya məxsus dondurulmuş aktivlər əsasında Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək üçün yeni mexanizm üzərində işləməlidirlər.
Onun sözlərinə görə, Ukrayna bu kreditləri yalnız Rusiya öz reparasiya öhdəliklərini yerinə yetirdikdən sonra ödəməyə başlayacaq.
“Bu vəsaitlər Ukraynaya indidən dəstək olmaqla yanaşı, həm də ölkənin orta və uzunmüddətli perspektivdə dirçəlişi üçün həyati əhəmiyyət daşıyır”, – deyə Avropa Komissiyasının sədri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]