UŞAQ MUĞAM İFAÇILARININ ÜÇÜNCÜ RESPUBLİKA MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
dörd gün davam edən uşaq muğam ifaçılarının üçüncü Respublika müsabiqəsi uğurla başa çatmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Azər Əhmədzadə çıxış edərək, musiqi yarışmasının qaliblərini elan etmişdir. Münsiflər heyətinin qərarı ilə Bakı məktəblisi Arzu Əliyeva müsabiqənin birinci mükafatına (500 manat AZN), bərdəli Asim Abbasov ikinci (300 manat), Astara məktəblisi Hakim Həzizadə üçüncü (250 manat) və Ağdam rayonundan Əsgər Əsgərzadə isə dördüncü mükafata (200 manat) layiq görülmüşlər.
Mərasimdə, həmçinin 5 nəfərə həvəsləndirici mükafat verilmişdir. İsmayıllı rayonunun məktəbliləri Kamilə və İlahə Nəbiyeva bacıları, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun təmsilçisi Məhərrəm Quliyev, Füzuli rayonunun nümayəndəsi Azad Qarabağlı, qobustanlı Nişanə Baxışova və lənkəranlı Pərviz Cabbarov hər biri 100 manat məbləğində mükafat almışlar.
Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq İbadov və münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov çıxış edərək müsabiqənin qaliblərini təbrik etmiş, musiqi yarışmasının yüksək səviyyədə keçməsi üçün lazımi şərait yaratdığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Münsiflər heyətinin qərarı ilə gənc ifaçıların yekun konserti Bakıda Heydər Əliyev adına Sarayda keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]