ÜST: Koronavirusun Böyük Britaniya variantı 70 ölkədə aşkarlanıb
Cenevrə, 28 yanvar, AZƏRTAC
Koronavirusun yeni variantları dünyanın müxtəlif ölkələrində sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ilk dəfə Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni variant artıq dünyanın 70 ölkəsinə yayılıb. Qeyd edilib ki, ötən həftə bu rəqəm 60 ölkə olub.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkarlanan ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək səkkiz ölkədə təsdiqlənib.
Koronavirusun Böyük Britaniya variantının daha yoluxucu olması və ölüm hallarının çoxluğu məsələsinə gəldikdə isə beynəlxalq qurumun açıqlamasında bu nəticələrə ilkin tədqiqatlar əsasında gəlindiyini və dərinləşdirilmiş araşdırma və analizlərə ehtiyac olduğu qeyd edilib. Eyni zamanda, CAR-da aşkarlanan variantın (501Y.V2) anticisim neytrallaşmasına daha az reaksiya verməsi, bəzi ekspertlərə görə, koronavirusa ikinci yoluxma halına yol aça bilər və koronavirus əleyhinə peyvəndlərin təsir gücünü azalda bilər. Qeyd edilib ki, bu istiqamətdə də əlavə tədqiqatların aparılmasına ehtiyac var.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]