Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜST: Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu

Bakı, 14 yanvar, AZƏRTAC

COVID-19 pandemiyası dünyanı sarsıtdı və bir çox ölkəni durğun vəziyyətə gətirdi. Virus fövqəladə hallara hazırlığımızdakı boşluqlardan, səhiyyə sistemlərimizdəki çatışmazlıqlardan və cəmiyyətlərimizdəki bərabərsizliklərdən istifadə edərək xalqlarımızı, icmalarımızı və həyatımızı öz cənginə aldı. Bu, insanlıq faciəsi və qlobal böhrandır. 2021-ci ildə geriyə baxıb 2020-ci ildə nəyi öyrəndiyimizə, nəyə nail olduğumuza və üfüqdə hansı ümidlərin olduğuna nəzər yetirək. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi, doktor Hande Harmancı və ÜST-nin Avropa regionu üzrə direktoru, doktor Hans Henri P. Klugenin məqaləsində deyilir.

İlin xülasəsi: öyrənilən dərslər

Təcrübə bizə göstərdi ki, sağlamlıq inkişafın mərkəzindədir, fərdi və kollektiv tərəqqinin müəyyənedicisidir. Həyatımızın hər addımında sağlamlığı və rifahı təşviq etmək üçün hədəfə yönəlmiş və xüsusi dəstəyə ehtiyacımız var. Məktəbə getmək uşağın sosial inkişafı üçün faydalıdır; işini itirmək təhlükəsi yarandıqda sosial təhlükəsizlik şəbəkəsinin təmin edilməsi vacibdir; dəstəkləyici və keyfiyyətli qayğı mühiti yaratmaq yaşlı insanlara layiq olduqları diqqəti göstərməyə kömək edir.

Pandemiyaya qarşı mübarizə aparmaq, virusu müalicə etməkdən daha çox tədbirlərin görülməsini tələb etdi. Sosial media vasitəsilə yayılmış COVID yorğunluğu və dezinformasiya kampaniyaları ilə mübarizə aparmaq üçün insan davranışına və mədəni normalara dair anlayışlar böyük əhəmiyyət daşıyır. Həll yolunu tapmaq üçün icmaları daha effektiv şəkildə cəlb etməli olduğumuzu öyrəndik. Tədbirlər yalnız elmi cəhətdən əsaslandırılmış və mədəni baxımdan məqbul olduqda effektiv olacaq.

Müxtəlif və mürəkkəb ehtiyacları ödəmək üçün səhiyyə sistemləri misli görünməmiş bir sürətlə yeni yaranmış vəziyyətə uyğunlaşmalı idi. Pandemiya ilə mübarizəyə yönəlmiş xidmətlərə paralel olaraq, zəruri səhiyyə xidmətlərinin təmin olunduğu ikili sistem quruldu. Rəqəmsal həllər yerində xidmət göstərməyin mümkün olmadığı zamanlarda xidmətlərdəki boşluqların aradan qaldırılmasına kömək etdi. Bu yeniliklər ürək xəstəlikləri, diabet, hipertoniya, xərçəng və digər xəstəliklər üçün xidmətləri əldə etmək və artan psixi sağlamlıq ehtiyaclarını qarşılamaq üçün çox vacibdir.

Diaqnostikanı inkişaf etdirməkdən, müalicəni araşdırmaqdan tutmuş böyük sürətlə peyvənd istehsalına qədər mübarizəmizin formalaşmasında elm və tədqiqatların rolu əvəzolunmazdır. İctimai səhiyyə və sosial tədbirlərə dair dəlillər əldə etmək üçün köhnə və yeni texnologiyalardan istifadə edilib.

Səhiyyə işçilərimiz sonsuz hörmət və minnətdarlığa layiq olan dəyərli mütəxəssislərdir. Pandemiya ilə mübarizə dövründə və sonrasında səhiyyə işçilərinin sağlamlıq və rifahını təmin etmək və davamlı, işlək səhiyyə sisteminə zəmanət vermək üçün onların lazımi sosial, psixi, fiziki və maddi dəstəyə ehtiyacı var. Əvvəllər arxa planda olan və yetəri qədər dəyər verilməyən ön cəbhə işçiləri - müəllimlər, sosial, icma və poçt işçiləri, avtobus sürücüləri, ərzaq dükanlarında çalışan işçilər və bir çoxları - cəmiyyətimizi ayaqda tutdular.

Regionun hər bölgəsində cəmiyyətdə həmrəylik, insan yaradıcılığı, kollektiv və fərdi qayğı nümunələri gördük. İnsanlar müstəsna dayanıqlılığa, nikbinliyə və səxavətə sahibdirlər, Azərbaycan da istisna deyildi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi ilk gündən etibarən müxtəlif nazirliklərə, yerli tərəfdaşlara, agentliklərə və QHT-lərə dəstək olaraq COVID-19-la mübarizənin mərkəzindədir. Biz həm də BMT, diplomatik korpus və beynəlxalq tərəfdaşlar üçün əsas məlumat mənbələrindən biriyik.

Səhiyyə sistemini yaxınlaşan dalğaya hazırlamaq üçün fiziki və virtual şəkildə beynəlxalq texniki təcrübəni ölkəyə gətirən ÜST, ölkədə mübarizəyə “erkən cavab verən” qurumlardan biri olmuşdur. 2020-ci ilin aprelində başlayan REACT-C19 layihəsi, xəstəxanaları pandemiyaya hazırlamağa kömək edən sürətli müdaxilə idi. Ölkədə COVID-19 üçün ayrılmış 6 xəstəxana olduğu zaman, REACT-C19 komandaları 3 ay ərzində 12 xəstəxanada COVID-19-a qarşı hazırlığı artırmaq, eyni zamanda, səhiyyə işçilərinə təhlükəsiz bir mühit yaratmağa dəstək oldular. REACT-C19 özündən sonra səhiyyə işçilərinin əsas bacarıqlarını artırmaq üçün davamlı sistemlərin yaradılmasını dəstəkləmək və COVID-19 səbəbindən kənarda qalan qruplara zəruri səhiyyə xidmətləri göstərmək məqsədi daşıyan PROACT layihəsini miras qoydu.

Texniki dəstəklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstələrinin idarə edilməsini təkmilləşdirmək üçün laboratoriya test dəstləri, çox sayda fərdi qoruyucu vasitələr və xəstəxana avadanlıqları da ölkəyə gətirib. Ölkədəki əsas inkişaf tərəfdaşları Avropa İttifaqı və USAID-ə Azərbaycana həm texniki yardım, həm də həyati əhəmiyyətli avadanlıqlar və vasitələr gətirməkdə əməkdaşlıq üçün minnətdarıq.

Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdə son hərbi əməliyyatlar nəticəsində pandemiya səbəbindən yük altında olan səhiyyə sisteminə daha böyük yük düşmüşdür. Bu müddətdə yeni yoluxma və ölüm hallarının sayı sürətlə artmışdır. Bu, immunlaşdırma, bəzi xroniki xəstəliklərə nəzarət və s. kimi zəruri səhiyyə xidmətlərinin göstərilməsinə öz mənfi təsirini göstərmişdir. ÜST-nin Gəncə, Bərdə, Tərtər və Ağdam bölgələrində Səhiyyə ilə bağlı Ehtiyacların Öyrənilməsi Missiyasından əldə etdiyi nəticələr gələcəkdə əməkdaşlıq etmək üçün uyğun sahələri və səhiyyə xidmətlərinin hansı bölgələrdə gücləndirilməli olduğunu müəyyən etdi. Bu və digər sahələrə Azərbaycan hökuməti ilə birlikdə dəstək göstərməkdən qürur duyacağıq.

Bundan əlavə, Azərbaycanın beynəlxalq birliklə həmrəylik nümayiş etdirərək pandemiya ilə mübarizə üçün ÜST-nin Mərkəzi COVID fonduna ümumilikdə 10 milyon dollar ianə etməsi bizi çox qürurlandırdı. Bu, ÜST-nin Azərbaycandakı ölkə ofisi üçün bir təkan oldu və bizi ölkənin səhiyyəsi üçün yaxşı işlər görməyə daha da həvəsləndirdi.

2020-ci il bizə sağlamlığın yalnız fərdi məsələ olmadığını, həm də kollektiv səy tələb etdiyini göstərdi.

2021-ci il və sonra: heç kəs kənarda qalmasın

Ehtiyacımız olan gələcəyin formalaşdırılmasında hər birimizin rolu var. Buna yalnız bütün siyasətlərin mərkəzinə sağlamlıq və bərabərliyi yerləşdirməklə nail olmaq mümkündür. ÜST-nin Avropa üzrə Regional Ofisinin sağlamlıqla bağlı strategiyası “Daha Yaxşı Sağlamlıq üçün Birgə Fəaliyyət”, vətəndaşların sağlam cəmiyyətlərdə inkişaf etmələri üçün öz səhiyyə qurumlarından gözləntilərinə əsaslanır. Bunun üçün insanların keyfiyyətli xidmətə universal əlçatanlıq hüququnu təmin etməli, səhiyyədə bərabərsizliyi azaltmaq üçün fəaliyyətləri sürətləndirməli və yerli, regional, milli və beynəlxalq səviyyədə ictimai səhiyyə liderliyini gücləndirməliyik. Bu, iddialı səslənsə də, biz birlikdə buna nail ola bilərik. İnsanlar haqlı olaraq səhiyyə qurumlarından bu gözləntiləri yerinə yetirmək və "heç kəsi kənarda qoymamaq" üçün hesabat tələb edirlər.

COVID-19-dan sonra güclü, davamlı, ədalətli və operativ səhiyyə sistemlərinin qurulmasının hər kəsin marağında olduğu aydındır. Səhiyyə həm iqtisadi inkişafı, həm də sosial birliyi təmin etmək üçün təməldir.

Qidalarımızı necə istehsal etməyimizdən, şəhər şəraitində yaşadığımız həyat tərzindən, cəmiyyətləri dayanıqlı edən amillərdən tutmuş maliyyə sistemlərimizin hansı sahələrə sərmayə qoymasından və zəruri xidmətlər göstərənlərə verdiyimiz dəyərə qədər sağlamlıq geniş bir konteksti əhatə edir. Pandemiya bizi bu məsələlərin mövcudluğunu anlamağa və yenidən qiymətləndirməyə məcbur etdi.

ÜST-nin Avropa üzrə Regional Ofisi cəmiyyətləri yeni bir istiqamətə yönəltmək üçün mütəxəssisləri və siyasətçiləri bir araya gətirdi. Pan-Avropa Sağlamlıq və Davamlı İnkişaf Komissiyası keçmiş dövlət və hökumət başçıları, görkəmli alim və iqtisadçılar, səhiyyə və sosial qayğı qurumlarının rəhbərləri, iş dünyasının və maliyyə qurumlarının liderləri daxil olmaqla, bir sıra sahələrin mütəxəssislərindən ibarətdir. Komissiya sağlamlığı siyasi gündəlikdə birinci sıraya qaldırmaq məqsədilə pandemiyanın təsiri səbəbindən cəmiyyətdə ehtiyac duyulan lazımi dəyişikliklər üzərində çalışır. Onlar bütün sektorların xeyrinə sağlamlıq, səhiyyə və sosial qayğı sistemlərinə necə investisiya qoyulacağına dair təlimat hazırlayacaqlar.

2020-ci il bizə sağlamlığımızı lazımi qədər qiymətləndirmədiyimizi və səhiyyə xidmətlərinin yalnız hər kəs üçün əlçatan olduğu təqdirdə effektiv olduğunu öyrətdi. Gələcək böhranlardan qorunmaq istəyiriksə, heç kimi kənarda qoymamalıyıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq